ALPINE Sägekettenöl BIO

DIESEL STOP SMOKE 300ML, 2320B

Çıxış qazlarının miqdarının həddən çox artması yanacaq sistemində çöküntülərin anormal həddə mövcudluğundan xəbər verir ki, bu da aşağıdakı fəsadlara səbəb ola bilər: • Mühərrikin gücünün itməsi • Yanacağın həddən artıq çox sərf olunması • İşə düşmə problemləri • Mühərrikdə səs və tez bir zamanda sıradan çıxma • Çıxış qazlarla çirklənmə 

BARDAHL Stop Smoke Diesel məhsulu bu növ problemlərin həlli üçün yaxşı vasitədir və texniki baxış zamanı çirklənmə yoxlamasından uğurla keçməyə kömək edir. Bütün növ mühərriklər (inyeksiya, yüksək təzyiq, turbo), katalitik neytralizator, dizel filtri üçün uyğundur.  İstənilən 4-gedişli  dizel mühərriki üçün istifadə oluna bilər (turbo yaxud qeyri).

XÜSUSİYYƏTLƏRİ:

BARDAHL Stop Smoke Diesel, dizel yanacaq inyeksiya sistemini təmizləyir, çöküntüləri azaldır və mühərrikin gücünü bərpa edir. Tərkibindəki setan buster maddəsinin köməkliyi ilə mühərrikdəki səs azaldılır və mühərrikin soyuq halda işə düşməsi yaxşılaşır. Digər rəqib məhsullarla müqayisədə daha effektivdir. • Çirkləndirici çıxış qazların miqdarını azaldır. • Yanacaq inyeksiya sistemini tam təmizləyir və qoruyur • Yanacaq sərfiyyatını azaldır • Mühərrikdə səsi azaldır • Mühərrikin gücünü və funksionallığını yüksəldir • Texniki baxışda çirklənmə sınağından uğurla keçməyə kömək edir. Bütün növ dizel yanacaqları, biodizel yaxud biodizel qarışıqları ilə asan qarışa bilir. 

İSTİFADƏ ÜÇÜN TƏLİMATLAR:

Məhlulu yanacaq çəninə tökün və təxminən 20 l dizel əlavə edin. Təmizlənmiş dizel tam sərf olunana qədər avtomobili sürün və daha sonra adi qaydada yanacaqla doldurun (aşağı ötürücülərlə yüksək mühərrik dövrələri (rpm) ilə hərəkət tövsiyə olunur). 

 

Məhsul Kateqoriyası: Qatqılar
Yüklə:

TƏRƏFDAŞLARIMIZ