Bardahl AL — Avtomovil Qazan!

Bardahl AL - Avtomovil Qazan

Lotereyanın oynanılması və uduşun müəyyən edilməsi qaydası

  • Lotereyada yalnız 500 manat dəyərində "Bardahl" əmtəə nişanlı məhsulları alan, Azərbaycan Respublikasının vətəndaşı olan və 18 yaşı tamam olmuş istifadəçilər iştirak edə bilərlər.
  • Lotereya müddəti ərzində 1 dəfəyə və ya ümumilikdə (alışı təsdiq edən sənədə əsasən) 500 manat dəyərində "Bardahl" əmtəə nişanlı məhsulları alışına 5 rəqəmli seriyadan ibarət 1 lotereya bileti veriləcəkdir.
  • Müştərilər lotereya müddətində istənilən sayda bileti əldə etmək hüququna malikdir.

Qaliblərin müəyyən edilməsi

  • Lotereyanın qalibləri lototron vasitəsi ilə təsadüfi çəkilən lotereya biletləri əsasında müəyyən ediləcəkdir.
  • Qaliblər tirajdan sonra beş iş günü ərzində biletin üzərində qeyd edilən mobil nömrə ilə məlumatlandırılacaqlar.
  • Bilet üzərində olan PKO nömrəsi 1C proqramındakı mədaxil qəbzinin nömrəsidir və satışdan sonra əl ilə doldurulacaqdır.

Qaliblərin elan edilməsi

Uduşların əldə edilməsi

  • Qalib Ələsgər Qayıbov 10q, STN Biznes Mərkəzi ünvanına yaxınlaşaraq lotereya bileti və şəxsiyyət vəsiqəsini təqdim etməklə hədiyyələri əldə edə biləcəkdir.
  • Uduşlu lotereya biletinin qəbulu müddəti həmin tiraj üzrə uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 90 (doxsan) iş gününə qədər davam edir.
  • Uduş lotereya təşkilatçısı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir.
  • Qalib iştirakçılar tərəfindən götürülməyən uduşlar lotereya təşkilatçısının sərəncamında qalır.

Qeyd: Qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalenti verilmir.

TƏRƏFDAŞLARIMIZ