Alpine TS SAE 10W-30 qatılıq sinifinə aid olan, məhsuldarlığı artıran və sürtünməni azaldan yarısintetik mühərrik yağıdır. Onun baza yağının tərkibi özündə müasir emal məhsullarının və sintetik komponentlərin üstünlüklərini birləşdirir. Baza yağının tərkibi və sürüşməyə davamlı əlavələr yağın bütün istismar müddəti ərzində məhsulun qeyd edilmiş qatılıq xüsusiyyətlərinin sabitliyini təmin edirlər. Bu mühərrik yağı, onun dəyişdirilməsinədək ayrılan maksimum müddət ərzində, köhnəlmə prosesində müsbət nəticələr göstərir. Antioksidantar və təmizləyici əlavələr çöküntülərin əmələ gəlməsinin qarşısını alır, porşen və klapanları təmiz saxlayır və mühərrikin soyuq temperaturda işləməsi zamanı yaranan çirkdən qoruyur. Mühərrikdə sürtünmənin azalması sayəsində yanacaq sərfiyyatı və ətraf mühitə qazların emissiyası əhəmiyyətli dərəcədə azalır. Buxarlanmada itkinin azalması klapanlarda çöküntülərin, çirklənmələrin, hissin və laklanmanın əmələ gəlməsinin qarşısını alır və bununla porşenlərin, eləcə də porşen halqalarının qanovlarının təmizliyini təmin edir.
Alpine TS 10W-30, dizel turboqovuculu və katalitik konvertorlu modellər daxil olmaqla, bütün benzin və dizel mühərrikli minik avtomobilləri üçün tövsiyə edilir.