ALPINE Sägekettenöl BIO

Alpine TSN 10W-40

Alpine TSN 10w-40 yaxşı axıcılıq xüsusiyyətinə malik yarım sintetik mühərrik yağıdır, tərkibində yağların sintetik komponentləri ilə müasir təmizlənmə texnologiyası ilə istehsal edilən əsas yağların üstünlüklərini birləşdirir. Mühərriklər üçün bu yağın köhnəlmə prosesi mühərrik içərisində maksimum icazə verilə bilən yağın istifadə müddətində müşahidə edilmir. Antioksidanlar və təmizləyici əlavələr qalıqların əmələ gəlməsinə mane olur: porşen və ventillər təmiz qalır, soyuq çöküntünün meydana gəlməsinin qarşısı alınır. Mühərrikdə sürtünmə itkisinin azalması əhəmiyyətli yanacaq qənaətini təmin edir, bu da ətraf mühitə az zərər verir. Buxarlanma zamanı aşağı itki faizi klapanlarda əmələ gələn çöküntülərin meydana gəlməsinə, çirklənmə və plyonkanın formalaşmasına mane olur və porşen halqaları üçün piston və yivlərin təmizliyini təmin edir.

Alpine TSN 10W-40 bütün sərnişin avtomobillərində istifadə üçün tövsiyə olunur,(benzin və dizel) həmçinin dizel turbo mühərrikləri və katalitik çeviriciləri üçün olan modellərdədə geniş istifadə olunur.

Məhsul Kateqoriyası: Minik Avtomobillər Üçün
Yüklə:

ACEA A3-/B4 • API SN/CF

MB-Freigabe 229.3, VW-Norm 502.00/505.00

TƏRƏFDAŞLARIMIZ